Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-05-2024 , 17:47

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal rayonunda  ağacəkmə aksiyası  keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Sərəncamı və Demoqrafik inkişaf konsepsiyasının icrası ilə əlaqədar Yasamal rayonunda yeni ekoloji aksiya həyata keçirilib.  Yasamal Rayon İcra Hakimiyyəti və  Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası baş tutub. Aksiya MİDA yaşayış kompleksinin ərazisindəki 161 nömrəli tam orta məktəbin həyətində keçirilib.

Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin  rəhbər heyəti, həmçinin gənc fəallar və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə yüzlərlə ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Yasamal rayonunda silsilə ekoloji aksiyalar davam edir.

Yasamal Bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər